Şəfiqə Axundovanın yubiley tədbiri keçirlib

sefiqe-axundovanin-yubiley-tedbiri-kecirlib
Oxunma sayı: 1142


“Qafqazinfo”nun məlumatına görə, gecənin qonaqları tədbir başlamadan öncə foyedə xalq artistinə  həsr olunan fotosərgi ilə tanış olublar. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Şəfiqə  Axundova Azərbaycan musiqisinin ustad novatorlarındandır: “Şəfiqə Axundova “Gəlin qayası” operası ilə öz adını mədəniyyət salnaməsinə Şərq aləmində opera yazan ilk qadın bəstəkar kimi həkk edib. Bu əsər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında özünə həmişə layiqli yer tutub”. 

Nazir müavini qeyd edib ki, bəstəkar özünü musiqinin bütün janrlarında sınayıb və uğur qazanıb: “Bəstəkarın qəlbi daim vokal musiqisi ilə bağlı olub, yaradıcılığı boyu 600-dən çox mahnı bəstələyib. Bu mahnılar Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova və digər populyar müğənnilərimizin repertuarlarında əsas yer tutub və bu gün də sevilə-sevilə ifa olunur”. Xatirə gecəsində Azərbaycan dövlət xalq çalğı alətləri orkestrinin ifasında bəstəkarın əsərləri səsləndirilib.