Səfir arvadının tvitinə görə işindən oldu

sefir-arvadinin-tvitine-gore-isinden-oldu
Oxunma sayı: 750

Çexiyanın İsveçrə və Lixtenşteydəki səfiri Karel Boruvka həyat yoldaşının tvitterdəki tənqidi məzmunlu paylaşımına görə geri çağırılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, XİN postunu tərk etməsi üçün diplomata aprelin 30-na kimi vaxt verib. 

“Məni tənbeh edirlər ki, arvadıma və onun sosial şəbəkələrdəki fəaliyyətinə təsir edə bilmirəm”- deyə səfir bildirib. Şəxsən heç bir səhvə yol vermədiyini deyən səfir istefasını ədalətsiz hesab edib. 

Qeyd edək ki, səfiri həyat yoldaşı tez-tez tvitter hesabənda çex siyasiləri tənqid edir.