Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim müğənni Dilarə Kazımovaya jest edib.
“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki, o, Misirin Şarm Əl-Şeyx şəhərində istirahətdə olan sənətçiyə gül dəstəsi göndərib.
O, sənətçini və bir neçə incəsənət nümayəndəsini evlərinə qonaq kimi dəvət edib.
Dilarə ona gələn hədiyyənin fotosunu İnstaqram hesabında paylaşaraq “Diqqətiniz üçün təşəkkür edirəm” deyə, yazıb.
Qeyd edək ki, ifaçının orada çıxışı baş tutacaq.

Son xəbərlər
Son Xəbərlər