“Səfir elə bilir ki, Azərbaycanla bağlı nə istəsə deyə bilər”

sefir-ele-bilir-ki-azerbaycanla-bagli-ne-istese-deye-biler
Oxunma sayı: 1457


“Qafqazinfo” xəbər verir ki, şöbə müdiri tvitter hesabında səfirin bəzi britaniyalı jurnalistlərin Avropa Oyunlarını işıqlandırmaq üçün akkreditasiya ala bilməməsini biyabırçılıq kimi qiymətləndirməsinə münasibət bildirib:

“Dünən mətbuatda heç bir çərçivəyə siğmayan bir informasiyaya rast gəldim. Birləşmiş Krallığın Azərbaycandakı səfiri Britaniya jurnalistlərinin akkreditasiya almamalarını biyabırçılıq adlandırıb.

Görünür Birləşmiş Krallığın səfiri elə hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər. Təəssüf”.

Xatırladaq ki, səfir dünənbki açıqlamasında həmçinin qeyd etmişdi ki, jurnalistlərin buraxılmasından imtinanın niyyəti mənfi qiymətləndirmələrdən qaçmaq cəhdi idisə, nəticə tam zidd olub və bir çox mənfi materialların ortaya çıxmasına səbəb olub: “Müxtəlif nöqteyi-nəzərlərin qəbul olunması güclü demokratiyanın ən mühüm cəhətlərindən biridir”.