Səfir kimi ilk regional səfərini Qarabağa etdi - Foto

sefir-kimi-ilk-regional-seferini-qarabaga-etdi
Oxunma sayı: 4111

Ukraynanın Azərbaycandakı yeni səfiri Yuriy Husyev Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı səfir öz feysbuk hesabında paylaşıb.

Onun sözlərinə görə, Ukraynanın Azərbaycandakı səfiri statusunda ilk regional səfərini Qarabağa etməyi əvvəlcədən planlaşdırıb: “Bu gün Azərbaycan rəhbərliyinin dəvəti ilə biz hərbi attaşemiz polkovnik Yuriy Suprunla birlikdə bu planı həyata keçiririk. Səhər Zəngilan şəhərinin yeni hava limanına gəldik və oradan mənzərəli Laçın şəhərinə yola düşdük. Biz Laçını yaxın gələcəkdə qəhrəman İrpen icmamızla qardaşlaşmış şəhər etmək üzərində çalışırıq.

Şəhərlərin bərpa və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində uğurlu təcrübəsi var. Əminəm ki, belə regionlararası əməkdaşlıq Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsinə yönəlmiş daha bir addım olacaq”.