Səfir Lənkəranda Ümid Partiyasının nümayəndələr ilə görüşüb -

sefir-lenkeranda-umid-partiyasinin-numayendeler-ile-gorusub-
Oxunma sayı: 1456


"Qafqazinfo"ya Ümid partiyasından daxil olan məlumata görə, görüşdə noyabrın birində Azərbaycanda keçiriləcək parlament seçkiləri, yerlərdə seçkilərə hazırlığın səviyyəsi, seçki mühiti və bir sıra başqa məsələlər müzakirə mövzusu olub.

Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq avqustun 6-da Astara və Lənkərana səfər edib. Səfərin məqsədi Azərbaycanın cənub bölgəsi ilə yaxından tanış olmaq üçün rəsmilərlə, qeyri-hökumət təşkilatları, siyasi partiyaların yerli nümayəndələri, həmçinin dini icmalara görüş keçirmək olub.


“Qafqazinfo”