Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs və səfiriliyin əməkdaşı Eva Majore Milli Kitabxanada olublar.
“Qafqazinfo” xəbər verir ki, qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov qəbul edib.
Görüş zamanı iki ölkənin milli kitabxanaları arasında sıx əlaqələrdən, kitab mübadiləsindən danışılmış və səfir Azərbaycan Milli Kitabxanasında yeni iş növləri, avtomatlaşdırma prosesləri, keçirilən kütləvi tədbirlərlə maraqlanıb.
Görüşdə cari ilin sentyabr ayında Azərbaycan Milli Kitabxanasında Latviyaya aid kitab, foto və incəsənət əsərlərindən ibarət sərginin təşkil edilməsi qərara alınıb.
Son xəbərlər
Son Xəbərlər