“Qafqazinfo”nun AzərTac-a istinadən məlumatına görə, səfir deyib ki, digər qonşu ölkələrlə yanaşı Azərbaycan və Rusiya ilə əlaqələr inkişaf etdirilib. Qəzvin-Rəşt-Astara dəmir yolu xəttindən söz açan M. Pakayin bu yolun İranın, Azərbaycanın və Rusiyanın iqtisadi inkişafına təkan verəcəyini diqqətə çatdırıb.
İranlı diplomat qeyd edib ki, ötən il hər üç dövlət Qəzvin-Rəşt-Astara dəmir yolu xətti vasitəsi ilə dəmir yolu sistemlərini birləşdirmək haqqında razılıq əldə ediblər. Gələn il yolun çəkilişi işləri daha da sürətləndiriləcək.
Xatırladaq ki, Qəzvin-Rəşt-Astara dəmir yolu xətti İrandan başlayaraq, Azərbaycan ərazisindən keçməklə Rusiyaya, oradan isə Avropaya qədər uzanacaq.
Son xəbərlər
Son Xəbərlər