“Moskva və Bakı strateji müttəfiqlərdir. Bizi dərin köklər bağlayır. Rusiyada böyük Azərbaycan diasporası fəaliyyət göstərir. Sentyabrın 15-i Bakıda hökumətlərarası komissiyanın iclası keçirildi. Çox ciddi komanda Moskvadan həmin tədbirdə iştirak etdi”.
Səfir Azərbaycanda fəaliyyət göstərən bir rus məktəbinin belə bağlanmamasına da toxunub: “Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir, Slavyan universiteti yaradılıb. Bizdə rus dilində aparılan söhbətlərə küçədə , ailədə rast gəlmək olur. Bakıda olan hər kəs bilir. Kim ki bilmir, gəlin və özünüz şahidi olun.
“Rusiya ilə əməkdaşlığa görə Azərbaycana kənardan təzyiq edilirmi” sualına cavab olaraq Bülbüloğlu Azərbaycana qarşı xarici təzyiqlərin olmadığını vurğulayıb:
“Müxtəlif güclər və ölkələr bizə təsir etmək istəyir, müxtəlif piar-kampaniyalar aparılır. Lakin biz buna sakit yanaşırıq. Xarici təzyiqlər bizə təsir etmir”.
Səfir Ukraynadakı proseslərə də münasibət bildirib və qeyd edib ki, istənilən münaqişəni sülh yolu ilə həll etmək lazımdır. Ukraynada baş verənlər Sovet İttifaqına daxil olmuş bütün ölkələrin həyatı üçün xoşagəlməz hadisələrdir. İndi Ukraynada baş verənlər ən qorxulu yuxularımıza belə gəlməzdi. Azərbaycan ölkələrin ərazi bütövlüyünün tərəfdarıdır”.
Bülbüloğlu bildirib ki, Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını bir şərtlə artırmağa hazırdır ki, həmin məhsulun alınacağına zəmanət verilsin:
“Azərbaycan özünü tam olaraq təmin edir və biz ixracın həcmini artırmağa hazırıq. Lakin zəmanət verilməlidir ki, həmin məhsulu sanksiya ləğv ediləndə də alacaqlar. Əsas problem ondadır ki, istehsalçı və sahibkarlar administrativ baryerlərdən, gömrükdə ləngiməkdən qorxurlar”. Səfir qeyd edib ki, ilk olaraq bu sahədəki problemlər aradan qaldırılmalıdır.
Diplomat Rusiyaya Azərbaycan şərabının da ixrac edilməsini mümkün hesab edir: “İndi biz çox keyfiyyətli şərab istehsal edirik. Səfirlikdəki qəbul zaman öz şərabımızı təqdim edirik. Səfirlər bizə yaxınlaşır və soruşurlar ki, "bu İtaliya şərabdır?" Biz isə xeyr, bizimkidir deyirik”.
Son xəbərlər
Son Xəbərlər