Sabah "Səs Azərbaycan" musiqi müsabiqəsinin böyük final gecəsi baş tutacaq.
"Qafqazinfo"nun məlumatına görə, yarışmanın münsifi, xalq artisti Faiq Ağayev final gecəsinə tələbəsi Hüseyn Abdullayevin yaxşı hazırlaşdığını bildirib:
“Ustad-münsif olaraq Hüseynin "Səs Azərbaycan" müsabiqəsindəki çıxışlarından xeyli razıyam, onu digər finalçılara əsaslı, qüvvətli rəqib, qələbəyə tam layiq bir müğənni sayıram. Yarımfinalda duet şəklində oxuduğumuz "Skaji qlazam tvoim" mahnısında Hüseynin sərgilədiyi ifa, zənnimcə ən yüksək qiymətə layiq oldu.
Müəllif - maestro Polad Bülbüloğlu, onun səsini də ifa tərzini də çox bəyənib, təriflədi. Gənc bir ifaçı üçün isə bu - çox böyük göstərici, əvəzsiz bir rəydir!Tələbəmin final mərhələsindəki ifasına layiqli qiymət almasına inanıb, onu dəyərli tamaşaçılarımıza əmanət edirəm”.
Qeyd edək ki, finalın qalibi yalnız sms səsverməsi ilə bəlli olacaq. Onu da əlavə edək ki, xalq artistinin tələbəsi H.Abdullayev sms səsvermə nəticələrinə görə yarımfinalın absolyut, qəti, tam lideri olub. O, yarımfinalda digər iştirakçılardan ayrı-ayrılıqda təqribən 2 dəfə daha çox səs toplayıb.
Son xəbərlər
Son Xəbərlər