Səfirə BANM-in “Fəxri qonaq” diplomu verildi

sefire-banm-in-fexri-qonaq-diplomu-verildi
Oxunma sayı: 779

Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores Bakı Ali Neft Məktəbində olub və Ali Məktəbin rektoru Elmar Qasımovla görüş keçirib.

Qafqazinfo”ya daxil olan məlumata görə, görüş zamanı BANM haqqında geniş məlumat verən rektor Elmar Qasımov iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb. E. Qasımov Ali Məktəbin mühəndis kadrların hazırlanmasında tətbiq olunan müasir tədris proqramları və texnologiyaları, tələbələr üçün SOCAR-ın müəssisələrində, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə, həmçinin yerli müəssisələrdə istehsalat təcrübəsinin təşkili vasitəsi ilə tədris prosesinin təcrübə ilə vəhdətinin səmərəliliyi haqqında bəhs edib.

Səfir Xuan Rodriqo Labardini Flores Ali Məktəbdə olmasından məmnunluğunu ifadə edərək səmimi qəbula görə rektora minnətdarlığını bildirib.

Görüşün sonunda səfirə BANM-in “Fəxri qonaq” diplomu təqdim olunub.