Səfiri “qara siyahı”dan çıxardıq

sefiri-qara-siyahidan-cixardiq
Oxunma sayı: 970


“Qafqazinfo”ya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

H.Hacıyev deyib ki, Piter Semnebi adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barədə məktubla müraciət edib. Məktubda Piter Semnebi adının arzuolunmaz şəxslər siyahısında olmasını qeyd edərək, Avropa İttifaqının xüsusi nümayəndəsi kimi vəzifə səlahiyyətlərini başa vurmaq ərəfəsində münaqişəni başa düşmək üçün qeyri-rəsmi əsasda işğal olunmuş ərazilərə səfər etdiyini bildirib. Səfər nəticəsində müşahidələrinin Azərbaycanın mövqeyi və narahatlıqları ilə üst-üstə düşdüyünü deyən Piter Semnebi hüquqi baxımdan Azərbaycanın tərkib hissəsi olan əraziyə əvvəlcədən məlumat vermədən səfər etdiyinə görə təəssüflədiyini bildirib və üzrxahlığını ifadə edib.

Peter Semnebinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib, onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barədə qərar qəbul edilib və onun 28-29 aprel tarixlərində keçirilən III Bakı Qlobal Forumunda iştirakına icazə verilib.