“Səfirimiz bu yaxında Moskvaya qayıdacaq” - Ağ Ev

sefirimiz-bu-yaxinda-moskvaya-qayidacaq
Oxunma sayı: 1355

“Rusiya ilə son dönəmdə əlaqələrin pisləşməsindən sonra Vaşinqtona gələn ABŞ-ın Moskvadakı səfiri Con Sallivan yaxın zamanda Rusiyaya geri dönəcək”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Ağ Ev sözçüsü Cen Psaki deyib.

C.Psakinin səfirin geri dönəcəyi ilə bağlı açıqlaması diqqət çəkib.

“Sallivanın buraya gəlməsinin səbəbi ailəsi ilə görüşməkdir. Bir ildir onlardan uzaqdadır. Eyni zamanda, Bayden administrasiyasındakı yeni nümayəndələrlə də görüşəcək. Bu yaxında Moskvaya qayıdacaq”, - o əlavə edib.

Ağ Ev sözçüsü Sallivanın Prezident Co Baydenlə görüşüb-görüşməyəcəyi ilə bağlı suala cavabında bildirib ki, hələlik dövlət başçısının proqramında belə görüş yoxdur.