Səfirimiz İran parlamentinin erməniəsilli deputatlarına belə cavab verdi

sefirimiz-iran-parlamentinin-ermeniesilli-deputatlarina-bele-cavab-verdi
Oxunma sayı: 4798

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Şuşa məscidində və təmas xəttində verilən Azan sədasının Xankəndində eşidilməsinə İran parlamentinin 2 erməniəsilli deputatının etiraz etməsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səfir tviter hesabında paylaşım edib.

“Şuşa məscidində və təmas xəttində verilən Azan sədasının Xankəndində eşidilməsindən İran parlamentinin 2 erməniəsilli deputatı narahat olub və bunu psixoloji təzyiq adlandırıblar.

Ümid edirəm, din alimləri Azanın müqəddəsliyini və Xankəndinin kimə aid olduğunu onlara başa salar”, - səfir yazıb.