Koronavirus pandemiyası səbəbi ilə çəkilişləri dayandırılan reytinqli “Sefirin kızı” serialı barədə sezon finalı qərarı verilib.
“Qafqazinfo” xəbər verir ki, Star TV bir müddət yayımlanmayan ekran işinin çəkilişlərini bərpa etməsini istəyib. Bu səbəbdən prodüserlər may ayında cəmi 4 bölümün çəkiləcəyini elan edərək serialın yay tətilinə çıxacağını açıqlayıb. Bununla da layihə 19-cu bölümündə mövsümə ayrılacaq.
Qeyd edək ki, Neslihan Atagül, Engin Akyürek, Erhan Alpay, Uraz Kaygılaroğlu kimi məşhurların rol aldığı ekran işinin çəkilişləri mart ayından etibarən dayandırılıb.
Son xəbərlər
Son Xəbərlər