“Sefirin kızı”nın Gedizi onunla sevgilidir - Fotolar

sefirin-kizinin-gedizi-onunla-sevgilidir
Oxunma sayı: 3811

“Sefirin kızı” serialında Gediz obrazı ilə tamaşaçı qarşısına çıxan Uraz Kayqılaroğlu şəxsi həyatı ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, qızının anası Melis İşitendən 6 ay əvvəl ayrılan aktyor sosial şəbəkə fenomeni Mehtap Algüllə eşq yaşamağa başlayıb.

Onlar hələlik münasibətlərini ictimaiyyətdən gizli saxlayırlar. Bir-birini sosial şəbəkədə izləməyən cütlük tez-tez eyni məkanda fərqli paylaşımlar edirlər.

Həmçinin Algül Ezhelin “Shawty bana baksan” (Aya) mahnısını paylaşıb, Kaygılaroğlu isə “Shawty bu axşam mənimləsən?” yazaraq qarşılıq verib.