Səfirlər Azərbaycana başsağlığı verdilər - Yenilənib

sefirler-azerbaycana-bassagligi-verdiler
Oxunma sayı: 2264

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ölkəmizin İrandakı səfirliyinə edilən hücumla bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, səfirin rəsmi tviter hesabında edilən paylaşımda deyilir:

Həmçinin oxuyun: Вооруженное нападение на посольство Азербайджана в Иране - Обновлено + Видео

“Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumü lənətləyirik. Şəhid qardaşımıza Allahdan rəhmət, yaxınlarına və qardaş Azərbaycan xalqına başsağlığı, yaralı qardaşlarımızın isə tezliklə sağalmasını diləyirik”.

***

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Fergus Auld da hücumla bağlı paylaşım edib:

“Azərbaycanın İrandakı səfirliyinə silahı hücum edilməsi və sifirlik əməkdaşının qətlə yetriləsi xəbəri məni sarsıtdı. Qətlə yetirilən şəxsin ailəsinə baş sağlığı verir, yaralılara şəfa diləyirəm”.

***

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann hücumu qınayıb:

“Biz Azərbaycanın Tehrandakı səfirliyinə edilən ölümcül hücum xəbərindən sarsıldıq və hər cür zorakılığı pisləyirik. Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilədir”.

***

İsveç səfirliyi də öz feysbuk hesabında terror aktı ilə bağlı paylaşım edib:

İsveç səfirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan dəhşətə gəlib. Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.