Səfirlik açıqlama yaydı

sefirlik-aciqlama-yaydi
Oxunma sayı: 653

“Mərkəzi Ankarada yerləşən Anadolu Xəbər Agentliyi, Mətbuat Müşavirliyimizlə əlaqə saxlayaraq, keçən həftə bəzi Türk qəzetlərində Türk tələbələr və Türk bayrağı ilə bağlı çıxan xəbərlərlə əlaqədar, xüsusilə də xəbərlərdəki “Türk bayrağına hörmətsizlik edən hərbi ataşelərimiz var” və “Türk tələbələrə qarşı təzyiqlər” ifadələri qabardılaraq, Müşavirimizin məsələ ilə bağlı münasibətini öyrənmək istədi. Bu və ya buna bənzər suallarla bağlı olaraq Mətbuat Müşavirimiz hər hansı bir qəzetin adını çəkmədən, hər yerdə olduğu kimi Azərbaycanda da zaman-zaman bu cür xəbərlərin çıxdığını, Azərbaycanda Türk bayrağına hörmətsizlik və Türk tələbələrə təzyiq olunması kimi hallardan söhbət belə getmədiyini, eyni zamanda Azərbaycan mediasına göndərilən məktubun anonim olduğunu qeyd edərək Türkiyə mətbuatında bu cür ifadələrin qabardılmamasını məsləhət görmüşdür. Qardaş Türkiyə və Azərbaycan arasındakı əlaqələrin inkişaf etdirilməsi və daha da möhkəmləndirilməsi üçün çalışan, Türkiyə və Azərbaycanda fəaliyyət göstərən bütün şəxslərə və qurumlara minnətdarlığımızı bildiririk”.