“Səfirlik əməkdaşları Azərbaycana təxliyə edilir” - XİN - Video

sefirlik-emekdaslari-azerbaycana-texliye-edilir
Oxunma sayı: 6400

“Səfirlik əməkdaşlarının Azərbaycana təxliyəsi həyata keçirilir”.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında bildirib.

"İran tərəfi səfirliyimizə hər hansı hücuma qarşı tədbir görməli idi. Bu hücumu qabaqcadan görməli idilər. Təəssüf ki, bu, həyata keçirilmədi. Tehran səfirliyimizə hücumu pisləyirik, bunu ən sərt şəkildə qınayırıq”, - XİN rəsmisi əlavə edib.

Qeyd edək ki, bu gün silahlı şəxs Azərbaycanın İrandakı səfirliyinə hücum edib. Terror nəticəsində səfiriyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki əməkdaş yaralanıb.