“Qafqazinfo” xəbər verir ki, Fransa səfirliyindən "Report"a bildirilib ki, bu gün Bakı vaxtı ilə saat 15:00-da (Paris vaxtı ilə saat 12.00-da) səfirlikdə terror aktının qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad ediləcək.
Xatırladaq ki, Fransa prezidenti Fransua Olland "Charlie Hebdo" satirik jurnalında terror aktı nəticəsində ölənlərin xatirəsinə üçgünlük matəm elan edib. Jurnalın redaksiyasına hücum nəticəsində 12 nəfər ölüb, 10 nəfər yaralanıb.