“Səfirliklər səhvlərindən geri döndülər” - Ərdoğan

sefirlikler-sehvlerinden-geri-donduler
Oxunma sayı: 2865

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra 10 səfirin Osman Kavala ilə bağlı çağırışdan sonra geri addım atmasından danışıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan bir daha belə yanlışa yol verilməyəcəyinə inandığını deyib: 

“Keçmişdə uzun müddət bu düşüncə ilə ölkəmizi yönləndirənlər, Türkiyə artıq öz mövqeyini sərgiləyincə təşvişə düşdülər. Türkiyənin nəzakətini zəif cəhət olaraq görənlər, keçmişdəki vərdişlərinə qayıdanlar səhvlərini qəbul etmədikləri müddətdə cavablarını alacaqlar.

Son zamanlar bəzi ölkələrin səfirliklərin açıqlamalarını da eyni şəkildə qəbul edirik. Bu münasibət ölkəmizdəki məhkəmə sisteminə, hakimlərimizə, vəkillərimizə qarşı təhqirdir.

Türk məhkəməsi heç kimdən təlimat almır, kimsənin əmri ilə oturub-durmur. Türkiyənin məqsədi böhran yaratmaq deyil. Ölkənin şərəfini, qürurunu, heysiyyatını qorumaqdır.

Dünyada ədalətsizliklər baş verərkən Türkiyəni dilinə dolayanların məqsədinin haqq-hüquq olduğuna bizi kimsə inandıra bilməz. Bu gün səfirliklərdən verilən açıqlama ilə səhvlərdən geri addım atıldı. Ölkəmizin müstəqilliyinə hörmət etməyən hər kəs titulundan asılı olmayaraq bu ölkədə qala bilməz”. 

Xatırladaq ki,  ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya iş adamı Osman Kavalanın azad edilməsi ilə bağlı birgə bəyanat səsləndirmişdilər. İlk olaraq ABŞ səfirliyi, daha sonra isə digər ölkələrin diplomatik nümayəndəlikləri bu gün geri addım ataraq Türkiyənin daxili işlərinə qarışmadıqlarını bəyan ediblər.

Həmçinin oxuyun: Ərdoğan 10 səfiri “persona non qrata” elan etdi

Ərdoğanın xəbərdarlığından sonra ABŞ səfirliyi açıqlama yaydı