Səfirliyimizə hücum edən terrorçunun - Fotosu

sefirliyimize-hucum-eden-terrorcunun
Oxunma sayı: 11273

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb.

“Qafqazinfo”nun məlumatına görə, sosial şəbəkədə Y. Hüseynzadənin fotoları yayılıb.

Xatırladaq ki, hadisə bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində baş verib. Nəticədə səfirliyin mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərov qətlə yetirilib, Vasif Tağıyev və daha 1 nəfər yaralanıb.

50 yaşlı terrorçu tutularaq zərərsizləşdirilib.