Rusiyanın Dəməşqdəki səfirliyinin binasına iki dəfə atəş açılıb.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.
“Rusiyanın Suriyadakı səfirliyinin binası 2-3 fevral tarixlərində terrorçuların nəzarətində olan Cobar rayonundan minaatanlarla atəşə tutulub. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin binaya maddi ziyan dəyib”, - nazirliyin açıqlamasında qeyd olunur.
Son xəbərlər
Son Xəbərlər