Səfirliyin binasına “Molotov kokteyli” atıldı - Kiyevdə gərginlik

sefirliyin-binasina-molotov-kokteyli-atildi
Oxunma sayı: 1258

Kiyevdə Rusiya səfirliyinin qarşısında insidentlər davam edir.

“Qafqazinfo” Rusiya mediasına istinadla xəbər verir ki, ötən gecə səfirliyin ərazisinə bir neçə “Molotov kokteyli” atılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

“Ötən gecə naməlum şəxslər Rusiya səfirliyinin ərazisində polisə bir neçə Molotov butulkası atıblar. Lakin heç bir yanğın hadisəsi baş verməyib” – bu sözləri diplomatik nümayəndəliyin mətbuat katibi Oleq Qrişin bildirib.

Səfirlik nümayəndəsinin sözlərinə görə, hücum edənlər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Xatırladaq ki, ötən həftə Kiyevdə Rusiya səfiriliyinin qarşısına toplaşan naməlum şəxslər diplomatik nümayəndələrin maşınlarını sındırıb, binanı daş və yumurta atəşinə tutublar. Bir nümayişçi isə səfirliyin ərazisinə keçərək videomüşahidə kameralarını və binanın birinci mərtəbəsində pəncərəni sındırmışdı.

Aysel Kərimova