“Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyətini bərpa etməsi üçün iki əsas məqama diqqət yetirəcəyik”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
O bildirib ki, bunlardan birincisi terror aktı ilə bağlı istintaqın başa çatması və qərarın qəbul edilməsidir. İkincisi isə səfirliyimizin təhlükəsizliyinə tam şəkildə təminat verilməsi və bizim bundan arxayın olmağımızdır.
“Səfirliyimizin əməkdaşlarının və onların ailə üzvlərinin təhlükəsizliyi tam təmin edilmədiyi üçün onlar Azərbaycana gətirilmişdi”, - deyə nazir əlavə edib.
Son xəbərlər
Son Xəbərlər