Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, “Hyundai” markalı avtomobilin sürücüsü orta yaşlı qadını vurub.
Hadisə qadın piyada xəttindən keçərkən qeydə alınıb. O, ağır xəsarət alıb. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Polisin verdiyi məlumata görə, hadisəni törədən sürücü Rusiya səfirliyinin əməkdaşıdır. O, sükan arxasında sərxoş vəziyyətdə olub. Buna görə də sürücü sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb.




Son xəbərlər
Son Xəbərlər