Səfirliyin maşını qəzaya düşdü

sefirliyin-masini-qezaya-dusdu
Oxunma sayı: 1121


"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə Nizami rayonu, Çobanzadə küçəsində baş verib.

Hacıqabul rayon sakini 1981-ci il təvəllüdlü Əzizağa Fərəcov idarə etdiyi Mercedes markalı 64 BB 363 nömrəli avtomobillə hərəkətdə olan Norveç səfirliyinə məxsus Bakı sakini 1957-ci il təvəllüdlü Aydın Nurəhmədovun idarə etdiyi Prado markalı D 02408 nömrəli avtomobili ötmək istəyərkən vurub. 

Hər iki avtomobil ciddi zərər görüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Murad Əhməd