Səfirliyinin katibi Bakıda qəzaya düşdü

sefirliyinin-katibi-bakida-qezaya-dusdu
Oxunma sayı: 757

Bakıda səfirlik maşını qəzaya düşüb.
 

"Qaqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb. Malayziyanın Azərbaycandakı səfirliyinin katibi Raca Xanizaminin idarə etdiyi, “Mercedes” markalı, 066 D 004 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Rövşən Salahovun idarə etdiyi "Mercedes” markalı maşınla toqquşub. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.