Səhər 5-dən xəttə çıxacaqlar- - Avropa oyunları zamanı

seher-5-den-xette-cixacaqlar-
Oxunma sayı: 1229


"Qafqazinfo" xəbər verir ki, bunu “APA”ya Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib. 

“İlk Avropa Oyunlarının keçiriləcəyi günlərdə ictimai nəqliyyat səhər saat 05:00-dan gecə saat 01:00-dək çalışacaq”, - deyə N. Həsənov bildirib.

Qurum rəsmisi qeyd edib ki, “Bakı-2015” Avropa Oyunları başa çatdıqdan sonra ictimai nəqliyyat əvvəlki iş rejimində çalışacaq.