“Qafqazinfo” xəbər verir ki, layihə “İNTEGRİS” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən oxşar layihələrdə uğurlu təcrübəyə malik "Vilnüs planas" müəssisəsi və "HNİT-BALTİC" Qapalı Səhmdar Cəmiyyətini cəlb etməklə həyata keçirilir.
Bu gün Şirvan Şəhər İcra Hakimiyyətində Baş Planın ilkin variantının təqdimatı olub. Təqdimat mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samit Abıyev və layihənin memarı Yeganə Hacıyeva Baş Planda tətbiq olunan yeniliklər haqqında ətraflı məlumat veriblər.
Layihədə Hacıqabul gölünün ekoloji cəhətdən təmiz vəziyyətə gətirilməsi və yeni yaşayış massivinin salınması da nəzərdə tutulur. Layihənin üstünlüklərindən biri də şəhərin Baş Planının kadastrının yaradılmasıdı.
İNTEGRİS MMC-nin direktoru Ceyhun Zeynalov Baş Planın kadastrı barədə məlumat verib.
Sonda layihənin ictimai müzakirəsi keçirilib.
Son xəbərlər
Son Xəbərlər