Səhər 9-dan qaz olmayacaq

seher-9-dan-qaz-olmayacaq
Oxunma sayı: 4342

Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi və diametri 720 millimetrlik orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar iyulun 3-ü saat 9-dan işlər yekunlaşanadək Bakının Səbail rayonunun Bayıl, Badamdar qəsəbəsinin eləcə də 20-ci sahə yaşayış massivinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Qafqazinfo” “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir ki, aparılan işlərin Yasamal rayonunun Nizami və Ə.Quliyev küçələri, həmçinin Nəsimi rayonunun D.Əliyeva küçəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.