Şəhər satılır

seher-satilir
Oxunma sayı: 1147


“Qafqazinfo” xəbər verir ki, Bredian şəhərinin əsası keçən əsrin 30-cu illərində, qızılçıxarma şaxtasının yaxınlığında qoyulmuşdu. Burada şaxtaçılar və onların ailələri yaşayırdı. 1971-ci ildə şaxta bağlandıqdan sonra bütün sakinlər şəhəri tərk etdilər.

Sövdələşmənin həyata keçirilməsi ilə məşğul olan rieltor Con Lourens qeyd edib ki, şəhərcik ailəvi istirahət üçün ideal yerdir. O bildirib ki, Bredianla artıq təqribən 30 potensial alıcı maraqlanıb.

Bazar analitikləri öz növbəsində bildirirlər ki, baxımsız şəhərə yüksək qiymət qoyulub, çünki Bredianın yenidən qurulması və bərpası xeyli xərc tələb edir.