Səhər yeməyində nələr olmalıdır?

seher-yemeyinde-neler-olmalidir
Oxunma sayı: 4773

Rusiyalı dietoloq Natalya Kruqlova səhər yeməyi üçün ən yaxşı qidaları sadalayıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu haqda “News.ru”ya müsahibəsində danışıb.

Kruqlovanın sözlərinə görə, oyandıqdan sonra bir saat ərzində səhər yeməyi mütləqdir:

“Məsələn, dənli bitkilər, tam taxıl çörəyi. Zülal mənbəyi də lazımdır: qatıq, kefir, kəsmik, pendir, yumurta, təzə meyvə və ya tərəvəz. Quş əti, balıqlara icazə verilir, lakin əsasən, belə yeməklər günortadan sonra istehlak olunur”.

Dietoloq səhər saatlarında heç də bütün insanların güclü aclıq hissi keçirmədiyini vurğulasa da, səhər yeməyini sistematik şəkildə atmağın artıq çəki almağa təhlükə yaratdığı barədə xəbərdarlıq edib.