Şəhərdə “Makarov”la gəzən keçmiş məhkum tutuldu

seherde-makarovla-gezen-kecmis-mehkum-tutuldu
Oxunma sayı: 5451

Gəncə şəhərində keçmiş məhkumdan “Makarov” markalı tapança götürülüb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança və 4 ədəd patron aşkar edilib.

Göygöl rayonunda is Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovdan “Naqan” markalı tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.