YAP Gəncə şəhər təşkilatının 11 aprel prezident seçkiləri ilə bağlı növbəti tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov çıxış edərək prezidentliyə namizəd İlham Əliyevin siyasi fəaliyyətindən, o cümlədən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərindən, həmçinin ölkədə aparılan quruculuq-abadlıq işlərindən danışıb.
YAP Gəncə şəhər Təşkilatının Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə Gəncə sakinlərini hər zaman olduğu kimi bu dəfə də seçkilərdə yüksək fəallıqla iştirak etməyə, xalqımızı nurlu sabahlara aparan Ulu öndərin bəşəri ideyalarını uğurla davam etdirən cənab İlham Əliyevə səs verməyə çağırıb.
Nərgiz Rəsulova, Sabir Əbdürrəhimov, Mehriban Məmmədova, Asif Cavadov, Çinarə Hümbətova, Cavid Bağırzadə, Elminaz Namazova, Teymur Alıyev cıxış edərək bildiriblər ki, Gəncə sakinləri 11 apreldə seçki məntəqələrinə gedərək Azərbaycanın inkişafına, rifahına, sabitliyinə, bir sözlə, Yeni Azərbaycan Partiyasının Sədri, partiyanın namizədi İlham Əliyevə səs verəcəklər.
“Keçirilən görüşlərdəki yüksək əhval-ruhiyyə onu göstərir ki, ictimai-siyasi proseslərdə daim fəallıq göstərən Gəncə sakinləri bu seçkilərdə də yaxından iştirak edəcək, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər”- YAP Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsinin və partiyanın şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib.


Son xəbərlər
Son Xəbərlər