“Qafqazinfo” xəbər verir ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, bu dəqiqələrdə Afiyəddin Cəlilov küçəsi (Cavanşir körpüsü istiqamətində), Koroğlu Rəhimov küçəsi (Fətəlixan Xoyski küçəsi istiqamətində), Həsən Əliyev küçəsi və Bakı-Sumqayıt şosesində (Beynəlxalq Avtovağzalın qarşısı) avtomobillərin sıxlığı qeydə alınıb.
Eyni zamanda, Azneft dairəsi istiqamətində paytaxtın Niyazi küçəsi, Neftçilər prospekti, Zərifə Əliyeva küçəsində sıxlıqdır.
Son xəbərlər
Son Xəbərlər