Şəhərə girişdə böyük tıxac var

sehere-girisde-boyuk-tixac-var
Oxunma sayı: 1616


“Qafqazinfo” xəbər verir ki, ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, əsasən Xırdanal, Sumqayıt və Binəqədi rayonu Biləcəti qəsəbəsindən şəhərə gələn yollarda hərəkət dayanmaq həddinə çatıb. 

Tıxacın Xocalı soyqırımının 23-cü ildönümü münasibəti ilə şəhərdəki bəzi yollarda hərəkətin məhdudlaşdırılması səbəbindən baş verdiyi güman olunur. Bununla bağlı Bakı şəhər DYPİ rəhbərliyi sürücülərə əvvəldən xəbərdarlıq etmişdi. 

Qeyd edək ki, yolun Bakı şəhərindən çıxışı istiqamətində avtomobillərin hərəkəti intensivdir.