“Şəhərimiz üçün ciddi rəqabətdir”

seherimiz-ucun-ciddi-reqabetdir
Oxunma sayı: 743



 “Qafqazinfo” ya sabahkı oyunla bağlı açıqlama verən baş məşqçi Oğuz Çətin bir sıra məqamlara aydınlıq gətirib: “Yaxşı vəziyyətdə olmağımıza baxmayaraq, ilk üç turda ciddi xal itkilərinə yol verdik. Daha sonra “İnter” qarşısında aldığımız qələbə ilə bir qədər özümüzə gəldik. “Neftçi” kimi bir komanda ilə oyunda qazanacağımız 3 xal bizi daha da yaxşı vəziyyətə gətirəcək. Bu iki komanda arasında  ciddi rəqabət var. Bu rəqabət komandalar arasında olduğu kimi şəhərimiz üçün də ciddi sayılır. Ona görə də qələbə qazanmaq çox vacibdir. Heyətlə bağlı elə bir problemimiz yoxdur. Sabahkı oyuna tam hazırıq”

Qedy edək ki, Topaz Premyer Liqasının V turu çərçivəsində “Neftçi”- “Xəzər Lənkəran” matçı sabah saat 17:30-da keçiriləcək.

İqbal