Şəhərin mərkəzində 3:20 dəqiqəlik mübarizə- - Qalib bilindi

seherin-merkezinde-320-deqiqelik-mubarize-
Oxunma sayı: 2491


“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Bakının mərkəzində Üzeyir Hacıbəyov, Rixard Zorge, Rəşid Behbudov, Zərifə Əliyeva, Əziz Əliyev, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn, Landau, Abbasqulu Ağa Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli küçələrində, habelə Bülbül, Neftçilər, İstiqlaliyyət, Parlament, İnşaatçılar və Hüseyn Cavid prospektləri bu gün saat 05:30-dan 21:00-dək  bağlanıb. 

Velosiped yarışında Azərbaycanı Ülfət Nəzərli və Olena Pavluxina təmsil edir.

***

Velosipedçilərimizdən Ülfət Nəzərli yarışı bitirə bilməyib. Olena Pavluxina isə 3:25:57 saniyəlik göstərici ilə siyahıda 32-ci pilləni tutub.

İlk üçlükdə isə müvafiq olaraq Alena Amialiusik (Belarus/3:20:36), Katarzyna Nieviadoma (Polşa/3:20:36), Van-der-Breggen Anna (Niderland/3:20:36) qərarlaşıb. 

Tanınmış hollandiyalı velosipedçi Ellen Van Deyk 3:20:54 göstəricisi ilə siyahıda 4-cü, İtaliyadan olan idmançı Rosella Ratto isə (3:22:37) 5-ci olub.

Yarışlarda iştirak edən velosipedçilərdən 16-sı finiş xəttini keçə bilməyib və oyunu yarımçıq bitirib.