Şəhərin mərkəzində bağlanan yollar tam açıldı

seherin-merkezinde-baglanan-yollar-tam-acildi
Oxunma sayı: 960

Bakıda keçirilən “Formula 1 Qran Prisi”nə görə bağlanan yollar bu gün səhər saatlarından açılıb.

Bu barədə “Qafqazinfo”ya məlumatı “Baku Grand Prix” şirkətinin mətbuat katibi Nigar Arpadarai verib. O bildirib ki, artıq yollardakı bariyerlər və xüsusi texnika götürülüb. Səhər saatlarından isə bağlı yollarda nəqliyyatın hərəkəti bərpa olunub. Bulvara giriş isə dünəndən etibarən açılıb.