“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, uzun müddətdir üzləşdiyi xəstəlik üzündən Almaniyada müalicə olunan aparıcı yerli telekanallardan birində yayımlanan verilişə canlı telefon bağlantısı qurub. Hər kəsin onun sağalıb vətənə dönməyini gözlədiyi bir anda Hacı Nuran səhhətinin hələ də düzəlmədiyini vurğulayıb:
“İl yarımdır Almaniyada müalicə alıram. Həkimlər hələ ki, məni Azərbaycana gəlməyə qoymurlar. Səhhətim yaxşı deyil". Bundan əlavə olaraq aparıcı bildirib ki, əgər hər şey qaydasında olsa, sentyabr ayında Bakıya gələ bilər. Eləcə də qeyd edib ki, ötən günlərdə Türkiyəyə yollanan yerli sənətçilər də onunla görüşüblər: "Bir neçə gün öncə Almaniyada Novruz bayramı münasibətilə konsert keçirildi. Orada müğənnilərimizlə görüşdüm. Tolik gözəl görüş təşkil etmişdi”.
Son xəbərlər
Son Xəbərlər