Şehiç milliyə dəvət aldı

sehic-milliye-devet-aldi
Oxunma sayı: 1376

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Hersoqovina millisinin heyətinə dəvət alıb.

“Qafqazinfo” Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, o, martın 20-də Bolqarıstanda keçiriləcək təlim-məşq toplanışına qoşulacaq.
 
Qeyd edək ki, Bosniya millisi martın 23-ü səfərdə Bolqarıstan, martın 27-si isə Fransada Seneqalla yoxlama oyunları keçirəcək.