Şehiçin rəqibi üçün 17 milyon avro

sehicin-reqibi-ucun-17-milyon-avro
Oxunma sayı: 639

İngiltərə Premyer Liqasında çıxış edən "Bornmut" "Çelsi"nin bosniyalı qapıçısı Asmir Beqoviçi transfer edib.

“Qafqazinfo” xəbər verir ki, "qırmızı-qaralar" Bosniya və Herseqovina millisinin qapıçısının keçidi üçün 17 milyon avro ödəyib. 2015-ci ildən London klubunun uğurları üçün çalışan 29 yaşlı qolkiper son mövsümdə 8 oyunda şans qazanıb. Bosniya və Herseqovina yığmasının heyətində 56 matça çıxan Beqoviç, 2012-ci ildə ölkəsində ilin futbolçusu seçilib. 

Xatırladaq ki, Beqoviç millidə "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin əsas rəqibidi.