Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon rəhbərliyi, “Respublika «20 Yanvar» cəmiyyəti», Sosial Müdafiə Fondu, Məşğulluq Mərkəzi və rayonun ictimai təşkilatlarının nümayənlərinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə Rayon İcra Hakimiyyətində görüş keçirilib.
İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev qeyd edib ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunub. Keçmiş Sovet ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olublar. Eldar Ağayev Azərbaycan Prezidenti tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğının hər zaman diqqət mərkəzində olduğu, onlara verilən təqaüd və müavinətlərin artırıldığı və bu artımın gələcəkdə də davam olunacağı qeyd edib.
Görüşdə şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanilib, bir çox sualların həlli ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilib.
Tədbirin sonunda RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilmiş və ərzaq bağlamaları təqdim olunub.

Son xəbərlər
Son Xəbərlər