Şəhid ailələri “Sığorta Mamed”lə görüşdü

sehid-aileleri-sigorta-mamedle-gorusdu
Oxunma sayı: 1785


"Qafqazinfo" xəbər verir ki, bu barədə "Şəhid Ailələrinə Sosial Dəstək" ictimai birliyini sədri Almaz Zeynalova məlumat verib. 

Şəhid ailələri DSKŞ-nı məhkəmə qərarlarını icra etməməkdə ittiham edir: 

"DSKŞ səbəb olaraq qeyd edir ki, bu qətnamələri icra etməyə Milli Məclis tərəfindən bizə göstəriş verilmədiyi üçün biz məhkəmə qətnamələrini icra edə bilmərik.

Baxmayaraq şirkətin qətnamələri icra etmək üçün maddi imkanı olsa da Milli Məclisin qərarı olmadan icra edə bilməməsi biz şəhid ailələrində təəssüf hissi doğurur. Millət vəkillərimizin belə bir həssas məsələni gecikdirməsi şəhid ailələrini ciddi narahat edir və buna görə bir qrup şəhid ailəsi buna etiraz olaraq sabah Milli Məclisin sədri Oktay Əsədovla görüşmək qərarına gəliblər.

İnanırıq ki, iyunun 20-də keçiriləcək Milli Məclisin  növbədənkənar iclasında  gündəliyə salınan 26 məsələnin içində, 1992-1994-cü ilərdə şəhid olmuş hərbi qulluqçuların ailələrinə veriləcək sığorta ödənişinin verilmə qaydası və şərtlərinin müəyyən edilməsi məsələsi də olacaq".