“Şəhid ailələrinə verilən mənzillərdə kommunal xidmət göstərilmir”

sehid-ailelerine-verilen-menzillerde-kommunal-xidmet-gosterilmir
Oxunma sayı: 2021

“Bütün bölgələrdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi mənzillər tikilir. Lakin mənzillərin inşası başa çatdıqdan sonra kommunal xidmət həyata keçirilmir”.

“Qafqazinfo” xəbər verir ki, bu məsələni deputat Cavid Osmanov parlamentdə qaldırıb. Onun sözlərinə görə, belə olan halda həmin təbəqədən olan insanlar yerli icra hakimiyyətinə üz tutur: “Həmçinin mənzillərin verilməsi gecikdirilir. Mənim təmsil etdiyim Ağdaş şəhərində 27 ev tikilib. O evlərin verilməsi başa çatmayıb. Məndə olan məlumata görə, digər bölgələrdə də bu problem var. Təklif edirəm ki, Maliyyə Nazirliyi əlavə vəsait ayırsın ki, onların digər kommunal xidmətləri də həll edilsin”.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deputatın təklifinə münasibət bildirib. O qeyd edib ki, Ağdaş rayonunda olan bu məsələdən xəbərdardır: “Orada 2017- ci ildən tikilən mənzillərdir. Rayon mərkəzindən kənarda tikildiyi üçün kommunal infrastrukturu yoxdur. Bunun üçün icra hakimiyyəti ilə danışıqlar aparılır”.

Günel Türksoy