Şəhid ailəsi statusunun verilməsi qaydasında dəyişiklik edildi

sehid-ailesi-statusunun-verilmesi-qaydasinda-deyisiklik-edildi
Oxunma sayı: 2507

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları dəyişir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar dəyişiklik edib.

Belə ki, dəyişikliyə əsasən, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil etməlidir.