Şəhid anası koronavirusdan vəfat etdi

sehid-anasi-koronavirusdan-vefat-etdi
Oxunma sayı: 3038

Vətən müharibəsində şəhid olan MAXE Ruslan İmanquliyevin anası Ramiyə Səfərova dünyasını dəyişib.

"Qafqazinfo" məlumata görə, o, ötən gün koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, R.İmanquliyev Vətən müharibəsi zamanı oktyabrın 2-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhid hərbçimiz Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

R.İmamquliyev Ramiyə Səfərovanın yeganə övladı idi.