Şəhid anası pensiyasını zəlzələdən zərərçəkənlərə göndərdi

sehid-anasi-pensiyasini-zelzeleden-zerercekenlere-gonderdi
Oxunma sayı: 3378

Dünən Gəncədə Türkiyənin Baş Konsulluğunu ziyarət etmiş naftalanlı iki şəhid anası Zeynab ana nümunəvi addım atıb.

“Qafqazinfo” xəbər verir ki, Zeynab ana öz aylıq pensiyasını qardaş ölkədəki əsrin faciəsi anlamına gəlmiş dağıdıcı zəlzələdən zərərçəkənlərə yardım olaraq göndərib.

Ananın bu nəcib addımı Ulu Öndər Heydər Əliyevin “Bir millət, İki dövlət” kəlamının, iki qardaş ölkənin sarsılmaz birliyinin ifadəsidir.