Şəhid atası vəfat etdi

sehid-atasi-vefat-etdi
Oxunma sayı: 3728

Masallı rayonunun Öncəqala kəndindən olan Vətən müharibəsi şəhidi Nurlan Məlikovun atası Dünyamalı Məlikov dünyasını dəyişib. 

Bu barədə “Qafqazinfo”ya mərhumun yaxınları məlumat veriblər. 

Onların sözlərinə görə, şəhid atası oğlunun dəfnindən sonra cəmi iki ay yaşaya bilib. O, bu gün səhər saatlarında qəfildən ürəktutmadan keçinib.

Qeyd edək ki, 25 yaşlı Nurlan Məlikov Aprel döyüşləri və İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. Ailəsi onunla sonuncu dəfə oktyabrın 20-si əlaqə saxlaya bilib. Onun oktyabrın 21-də Qubadlı istiqamətində döyüşlərdə şəhid olduğu bildirilirdi.

Şəhidin nəşi 70 gün sonra tapılaraq doğulduğu Öncəqala kəndində dəfn olunmuşdu.

Gülnar Əliyeva